Hadisə

Bakıda qeyri-adi hadisə: Pişiyi düşürmək istədi, özü ağacda qaldı – VİDEO

Fövqəladə Hallar Nazirliyinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin hündürlüyü təqribən 8 metr olan ağacdan düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Baku.ws xəbər verir ki, müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Məlum olub ki, həmin şəxs ağacda qalmış pişiyi düşürmək məqsədilə ağaca dırmanıb və özü köməksiz vəziyyətdə qalıb.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları vətəndaşı ağacdan düşürüblər. Pişik isə xilasedicilər gələnə kimi ağacdan düşə bilib.

 

Oxşar xəbərlər

Rusiyadan Türkiyəyə uçan təyyarədən 46 sərnişin düşürüldü

admin

Ağlasığmaz OLAY: Atı maşının arxasına bağlayıb… — VİDEO

redaktor

“Venesiya” şadlıq sarayında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Müğənnilər də XƏSTƏXANAYA YERLƏŞDİRİLDİLƏR

redaktor