15 C
Bakı
29 Mart 2026 16:20
Dünya

Səsvermə yaşı 16-ya salınacaq: kampaniya başladıldı

Avstraliyada seçicilərin səsvermə yaşının 16-ya salınması üçün kampaniya başladılıb.

Tacxeber.com xəbər verir ki, “Make it 16!” (16 et!-red.) kampaniyasının təşkilatçıları səsvermə yaşının 18 olmasını 16 və 17 yaşı tamam olmuş şəxslər üçün ayrıseçkilik hesab edir.

Artıq onlar məhkəmənin bu cür qərar çıxarmasına nail olublar, amma yekun qərarı “yaşıl qitə”nin parlamenti verəcək.

Bildirilir ki, bu da hələ son deyil, ölkə qanunvericiliyinə görə, mövcud hökumət məsələyə “hə” deməlidir.

Qeyd edək ki, Braziliya, Kuba, Avstriya və Maltada 16 yaşından yuxarı hər kəs seçkilərdə iştirak edə bilərlər.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: “ABŞ Ukraynanı NATO-da görmək istəmir” – VİDEO

redaktor

Pezeşkian İranın paytaxtının Tehrandan köçürülməsi ilə bağlı TAPŞIRIQ VERDİ

redaktor

NATO üzvü olan Polşada Hökümətin təcili iclas çağrıldı.

admin