30.4 C
Bakı
07 Avqust 2026 15:35
Dünya

Paşinyanla arvadına MÜRACİƏT: “Biz sizi Yerablurda gözləyəcəyik və ən pis şəkildə görüşəcəyik”

“Biz sizi Yerablurda gözləyəcəyik”.

Bunu jurnalistlərə məhv edilən erməni hərbçinin anası Qayane Akopyan deyib.

Bu gün Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında ölən əsgərlərin valideynləri aksiya keçirib.

Onlar bildiriblər ki, indiyədək 44 günlük müharibənin şəraitini araşdırmaq üçün cinayət işi ilə bağlı heç bir xəbər yoxdur, təfərrüatları, işin gedişini bilmək istəyirik.

“Mən Nikol və Annaya da (Ermənistanın Baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyana – red.) müraciət etmək istəyirəm. Hər dəfə Yerablura baş çəkmək və orada hansısa mərasim keçirmək qərarına gələndə, bilin ki, biz sizi həmişə orada gözləyəcəyik və sizinlə ən pis şəkildə görüşəcəyik”, – deyə Akopyan bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

İrana qarşı 4-lü ittifaqın ilk addımı bu gün atılacaq: Ərdoğan Səudiyyə Ərəbistanına niyə getdi?

redaktor

İran rejiminin zirvəsində çatlar; Xamenei ailəsində qardaşlar üz-üzə

redaktor

Bayramov Kiyevdə Zelenski ilə görüşüb: nələri müzakirə ediblər

redaktor