Hadisəİdman

İsveçrəli futbolçu intihar etdi

İsveçrəli futbolçu intihar etdi

Bosniya və Herseqovina “Zrinski Mostar”ının yarımmüdafiəçisi Kərim Qazzetta intihar edib.

Tacxeber.com xəbər verir ki, 27 yaşlı futbolçu noyabrın 21-i səhər saatlarında intihar edib. Onun Bosniyanın Mostar şəhərindəki evin 8-ci mərtəbəsindən özünü atdığı bildirilir.

Yarımmüdafiəçi bu mövsüm zədə səbəbindən Bosniya və Herseqovina Premyer Liqasında cəmi 1 oyun keçirib.

İsveçrəli Qazzetta vaxtilə ölkəsinin müxtəlif yaş kateqoriyalarında milli komandalarda çıxış edib. O, İsveçrənin ən perspektivli futbolçularından biri hesab olunurdu. Karyerasına “Servette”də başlamış və eyni zamanda “Vintertur, “Servett”, “Lozanna Uşi” və “Ksamaks”da oynayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Adil Əliyevlə yaşadığı konflikt səbəbindən Araz Musayev Prezidentə müraciət etdi

admin

Təyyarənin qəza anı sərnişinlər tərəfindən canlı yayımlandı – VİDEO

redaktor

AFFA Santuşla yolları ayırır?

redaktor