24 C
Bakı
13 Avqust 2025 08:21
Dünya

Kim Çen In qızı ilə göründü – İLK DƏFƏ + FOTOLAR

Şimali Koreya lideri Kim Çen In ilk dəfə olaraq dünya ictimaiyyətinə qızını göstərib.

 

Sfera.az xəbər verir ki, ata və qızı birlikdə qitələrarası idarə olunan raket sınağını izləyib.

 

BMT Təhlükəsizlik Şurasının sanksiyalarına və beynəlxalq ictimaiyyətin reaksiyalarına baxmayaraq, silah proqramını yenidən sürətləndirən Şimali Koreya dünən Yaponiya dənizinə doğru yeni qitələrarası ballistik raket atıb.

 

Şimali Koreyanın KCNA xəbər agentliyi Koreya lideri Kim və adı açıqlanmayan qızın hava limanında quraşdırılmış raket platformasının ətrafındakı fotoşəkillərini yayıb. “Hwasong-17” raketinin buraxılışını əks etdirən fotolar Kimin əlindən tutan ağ gödəkcə 12-13 yaşlı qızla gəzdiyini göstərir.

Tacxeber.com

Oxşar xəbərlər

Bu il Azərbaycanda vulkanlar püskürə bilər – Seysmoloq

redaktor

Çin dronları Ağ Evin və Pentaqonun hava məkanını pozub – Senatorlar təşviş içindədir

admin

Marsda göl tapıldı – FOTO

redaktor