21 C
Bakı
12 Avqust 2025 05:07
İdman

Bu klub Ronaldonu transfer etmək fikrindən daşındı

“İnter” qış transfer pəncərəsində “Mançester Yunayted”dn ayrılacağı gözlənilən Kriştiano Ronaldonu heyətinə qatmaq fikrindən daşınıb.

Qol.az “Sportmediaset”ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi portuqaliyal hücumçunun yüksək maaşı səbəbindən bu qərarı verib.

Mançester Yunayted” noyabrın 18-i Ronaldo ilə müqaviləni təzminat ödəmədən pozmaq prosesinə başlayıb. Həmçinin rəhbərlik portuqaliyalının 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra kluba qayıtmasını istəmir .

Qeyd edək ki, Ronaldo bu mövsüm “Mançester Yunayted”in heyətində 16 oyuna çıxıb, 3 qol vurub və 2 qolun ötrməsini verib. Onun klubu ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın “Tractor” futbol klubu ilk dəfə İran çempionu ola bildi.

admin

Tayson məğlub olmasından danışdı

redaktor

“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”

redaktor