Dünya

Britaniyanın Baş naziri Ukraynada səfərdədir

Britaniyanın Baş naziri Ukraynada səfərdədir

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukraynada səfərdədir.

Tacxeber.com xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski teleqram kanalında paylaşım edib.

Ukrayna lideri həmçinin Kiyevdə Britaniyanın Baş naziri ilə görüş keçirdiyini də yazıb: “Müharibənin ilk günlərindən etibarən Ukrayna və Böyük Britaniya arasında güclü müttəfiqlik olub. Bugünkü görüşdə biz həm ölkələrimiz, həm də qlobal təhlükəsizlik üçün vacib əhəmiyyət kəsb edən məsələləri müzakirə etdik”.

Qeyd edək ki, bu, R.Sunakın Böyük Britaniyanın Baş naziri vəzifəsinə seçildikdən sonra Ukraynaya ilk səfəridir.

Tacxeber.com

Oxşar xəbərlər

Kiyev üçün təhlükəsizlik təminatları və Çinin nüvə silahı çağırışı

admin

Tramp Putinin Krım körpüsünə hücumdan necə qəzəbləndiyini təsvir etdi

redaktor

Putin: “Bundan sonra nə olacağını yalnız Allah bilir”

redaktor