23 C
Bakı
22 İyun 2025 17:38
Dünya

Şimali Koreyanın raketi Yaponiya ərazisinə düşdü

Şimali Koreyanın raketi Yaponiya ərazisinə düşdü

Bu gün KXDR-in buraxdığı qitələrarası ballistik raket Yaponiyanın eksklüziv iqtisadi zonasına düşüb.

Yenisabah “Interfax”a istinadla xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ballistik raket (ICBM) atışını Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri (JCS) də təsdiqləyib. Cənubi Koreya ordusu qeyd edib ki, raket Pxenyan yaxınlığındakı Sunan məntəqəsindən şərqə doğru buraxılıb.

O, təxminən 1000 km uçub, maksimum 6100 km yüksəkliyə çatıb.

Yaponiyanın baş naziri Fumio Kişida Şimali Koreyanın bu addımını pisləyib və belə tez-tez baş verən təxribatlara dözə bilməyəcəyini deyib.

O əlavə edib ki, hələlik dağıntılar barədə məlumat yoxdur.

Tacxeber.com

Oxşar xəbərlər

Kremlin zəhərlədiyi Sibir dissidenti: “Rejim qəfil dağılacaq”

admin

Kanada mətbuatı Makronun Azərbaycana qərəzli münasibətindən yazdı – FOTO

redaktor

Süleyman Soylu FHN-nin tibb personalına təşəkkür etdi – VİDEO

redaktor