Hadisə

Metroda gərgin anlar – Sərnişinlər qatardan düşürüldü

Metroda gərgin anlar - Sərnişinlər qatardan düşürüldü

Bu gün saat 18:40 radələrində “İçərişəhər”-“Həzi Aslanov” xəttilə hərəkətdə olan qatarda problem yaşanıb.

Tacxeber.comxəbər verir ki, “Ulduz” stansiyasında olarkən, maşinist dəfələrlə qatarı hərəkətə gətirmək istəsə də, cəhdləri baş tutmayıb.

Maşinist bundan sonra sərnişinlərə müraciət edərək, qatarı tərk etmələrini xahiş edib.

“Bakı Metropoliteni”QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a faktı təsdiqləyib.

O bildirib ki “İçərişəhər”-“Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda “Ulduz” stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülüb:

“Nəticədə, iki qatar arasında təxminən 3 dəqiqəyə yaxın interval fərqi yaranıb. Əvəzinə qatar verilib. Qısa müddət ərzində iki qatar arasında interval fərqi aradan qaldırılacaq”.

Tacxeber.com

Oxşar xəbərlər

Ən böyük müsəlman ölkəsində ölənlərin sayı artdı

redaktor

Azərbaycanda dəhşətli hadisə: 240 heyvanı sel apardı – İnsanlar belə xilas edildi – VİDEO/YENİLƏNİB

redaktor

Vatikanda Papanın gözü qarşısında İsa Məsihin ikonu yerə düşdü…-FOTO+VİDEO

admin