26 C
Bakı
11 Avqust 2025 04:05
Gündəm

“Bir gün Rusiya raketlərinin NATO-ya üzv ölkələrə düşəcəyi gözlənilən idi” — Elxan Şahinoğlu

“Rusiya raketlərindən bir neçəsinin Polşa ərazisinə düşməsi və nəticədə Polşanın iki vətəndaşının həlak olması Ukraynaya qarşı işğalçı müharibənin miqyasını artırır”.

Bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Polşa prezidenti Təhlükəsizlik Şurasının iclasını çağırıb. Polşa NATO ölkəsi olaraq Şimali Atlantika Blokundan müdafiə bəndinin işə düşməsini istəyəcək:

“Böyük ehtimalla Rusiya qəsdən Polşa ərazisini raket atəşinə tutub, bununla NATO-nun nəbzini yoxlamaq istəyir. Kreml məğlubiyyətini pərdələmək üçün Ukrayna ilə deyil NATO ilə savaşdığını iddia edir. Ona görə də bir gün Rusiya raketlərinin NATO-ya üzv ölkələrə düşəcəyi gözlənilən idi. Növbəti addımı NATO atmalıdır, Şimali Atlantika Bloku zəiflik nümayiş etdirsə, Rusiya raketləri yenidən Polşaya düşəcək. NATO-nun digər qanadı – Baltik ölkələri də Rusiya raketlərindən sığortalanmayıblar” (Demokrat)

Tacxeber.com

Oxşar xəbərlər

Sən demə, bütün xəstəliklərin 3 SƏBƏBİ VARMIŞ

redaktor

Rus jurnalist qovuldu, Tramp “Zelenski hazır olanda qayıdar” dedi – Nələr baş verdi?

redaktor

Bunu etməsəniz, qızılca çox təhlükəli olacaq! – Rəşid Mahmudovdan xəbərdarlıq

redaktor