19 C
Bakı
26 Sentyabr 2025 22:28
CəmiyyətGündəm

Xankəndidəki separatçılar tərk-silah edilir – Akopyan

Artıq bir müddətdir ki, rus sülhməramlıların məsuliyyət zonasındakı qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi prosesi gedir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Ədalət” fraksiyasının deputatı Metakse Akopyan mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, əvvəlcə “zabit heyətində”, daha sonra “aşağı heyətdə” ixtisarlar aparıldı, indi isə növbə “hərbi tibb heyətinə” çatıb:

“Xocavənd rayonundakı hərbi hospital artıq bağlanıb, əməkdaşlarına isə heç bir izahat verilməyib. Eyni hal Xankəndi hospitalında da yaşanır. Hansısa proses gedir, yəqin ki, tərk-silah edilirlər”.

Tacxeber.com

Oxşar xəbərlər

İcra başçısı özünə yeni model “Range Rover” aldı – FOTOLAR

redaktor

XIX əsrin sonlarında şiələrin ən böyük din alimi sayılan Mirzə Şirazini tütün çəkmək əleyhinə fitvası.

admin

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

redaktor