Dünya

Tibdə ilk : İnsana süni qan köçürüldü

Tibdə ilk : İnsana süni qan köçürüldü

Britaniyalı alimlər tibb tarixində ilk dəfə, laboratoriya şərtləri ilə alınmış süni insan qanını tətbiq edib.

Tacxeber.com xəbər verir ki, Britaniyanın Milli Sağlamlıq Xidməti donor bazası əsasənda süni eritrositlər yetişdirməyə nail olublar.

Adi insan qanından fərqli olaraq, bu eritrositlər hamısı gəncdir.

Bir neçə könüllüyə 1-5 ml arası qan köçürülüb.

“Ümid edirik ki, laboratoriyada əldə edilmiş eritrositlər donordan daha uzun müddət yaşayacaq.

Əgər bizim ilk sınağımız uğurla keçsə, mütəmadi qan köçürülməsinə ehtiyacı olan xəstələrə daha az qanköçürmə proseduru lazım olacaq.

Bu qan xəstələrinin müalicəsində dəyişiklik yarada biləcək” – deyə rəhbər bildirib.

Süni qanı anemiya, talassemiya və nadir qan qrupu olan xəstələrə köçürmək olacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Çinin kürd siyasətinə səssiz girişi: Pekin ABŞ-ın regional alətini balanslaşdırır

redaktor

Husilər “Məkkə paktı”nı sınağa çəkir

redaktor

Tramp Demokratlar Partiyasından Harrisin yenidən prezidentliyə namizədliyini irəli sürməsini təklif edib

redaktor