29 C
Bakı
11 Avqust 2025 11:28
CəmiyyətGündəm

Rəşad Dağlıya yardım məqsədilə pul yığılır?

Sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən kart kesabları paylaşılaraq həbsdə olan meyxanaçı Rəşad Dağlının (Əmirov) ailəsinə yardım məqsədilə pul yığılmasına başlanılıb.

Tacxeber.comxəbər verir ki, E-huquq.az məsələ ilə bağlı meyxanaçının vəkili Elvin Əliyevlə əlaqə saxlayıb. Vəkil bildirib ki, Rəşad Dağlı və ailəsinin sözügedən yardımlarla heç bir əlaqəsi yoxdur.

O, bəzi şəxslərin vəziyyətdən sui-istifadə etdiyini deyib və vətəndaşları aldanmamağa çağırıb.

“Rəşadla əlaqə saxlayıb bu barədə danışmışam. Onun və ailəsinin yığılan pullarla bağlı heç bir məlumatı yoxdur, onlar belə bir təşəbbüs göstərməyiblər. Rəşad onu sevənlərə və həssaslıq göstərənlərə təşəkkür edir. Lakin belə bir yardıma ehtiyac da yoxdur.

Bu pullar qanunsuz şəkildə yığılır. Xahiş edirəm ki, vətəndaşlar belə hallara aldanmasın”, – deyə E.Əliyev qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna ordusunun əsir götürdüyü general imiş

redaktor

Gürcüstan prezidenti

admin

“Allah eləməmiş, bu narkotik yayılsa, patıya şükr edəcəyik”

redaktor