Kiyev Şəhər Şurası Kiyevdə uşaq bağçaları və məktəblərdə rus dilinin tədris planından çıxarılması barədə qərar qəbul edib.
Tacxeber.comMK.ru-ya istinadən xəbər verir ki, deputatlar bu tədbiri “milli təhlükəsizlik məsələsi” adlandırıblar.
“Bu, cəmiyyətdə artan gərginliyin qarşısını almağa kömək edəcək” bunu Təhsil ,Elm, Ailə, Gənclər və İdman Daimi Komissiyasının rəhbəri Vadim Vasilçuk deyib.
Bundan əlavə, onun fikrincə, bu, Ukrayna təhsilinə Rusiya Federasiyasının təsirlərini azaldacaq.