DünyaGündəm

İran hipersəsli ballistik raket yaradıb, ona qarşı HHM vasitələri yoxdur .

“Raket rəqibin qabaqcıl raketəleyhinə sistemlərinə hədəflənəcək, onu ələ keçirmək mümkün olmayacaq…”

“Bu, regionun bütün ölkələrinin İranın imkanları ilə bağlı narahatlığını artıracaq…”

İran bəyan edib ki, səsin sürətindən beş dəfə tez və mürəkkəb trayektoriya ilə uça bilən və bu səbəbdən onun ələ keçirilməsini çətinləşdirən hipersəsli ballistik raket istehsal edib.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) aerokosmik qüvvələri komandanının sözlərinə istinadən “Tasnim News” informasiya agentliyi noyabrın 10-da məlumat yayıb.

Belə raketin meydana çıxması, heç şübhəsiz, regionun bütün ölkələrinin İranın imkanları ilə bağlı narahatlığını artıracaq.

“Bu raket yüksək sürətə malikdir, atmosferdə və onun hüdudlarından kənarda manevr edə bilər” , – komandan Əmir Əli Hacızadə deyib.

“O, rəqibin qabaqcıl raketəleyhinə sistemlərinə hədəflənəcək, onu ələ keçirmək, demək olar ki, mümkün olmayacaq”, – o, əlavə edib.

Ötən həftə İran bəyan edib ki, ilk üçmərhələli “Ghaem-100” raketini sınaqdan keçirib.

Bu raket 500 km yüksəkliyə 80 kq çəkidə süni peyki orbitə çıxara bilir. ABŞ bunu “sabitliyi pozan” addım adlandırıb.

Lakin hipersəsli raketlər barədə məlumat müstəqil mənbələrdən təsdiq edilməyib.

Məsələn, bu tip raketin İran tərəfindən sınaqdan keçirilməsi barədə heç bir məlumat olmayıb.

Əvvəllər də İran öz silah imkanları barədə şişirdilən bəyanatlar səsləndirib. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər

İsrail-İran savaşında əsas məqamlar

admin

Tramp Putinə Melaniyadan məktub verib

redaktor

“Yaşar Əliyev çıxışının sonunda diplomatiya üçün qeyri-standart, eyni zamanda kifayət qədər produktik hərəkət etdi” – RƏY

redaktor