Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev “Turan Tovuz”la matçda zədələnib.

Tacxeber.com BAKU.WS-ə istinadən  xəbər verir ki, 28 yaşlı qolkiper səfərdə 2:0 hesabı ilə qalib gəldikləri oyunda boynundan xəsarət alıb.

Şahruddin Məhəmmədəliyev komanda yoldaşı Bədavi Hüseynovla toqquşub və boynu üstə yerə düşüb. Qolkiper meydanı xərəkdə tərk edib.

Tacxeber.com