25 C
Bakı
11 Avqust 2025 00:37
Gündəm

Məhərrəm Əliyev: “Xankəndi məsələsi də həll ediləcək”

“Azərbaycan ordusu hazır vəziyyətdədir. Biz təkcə erməni quldurları ilə müharibə aparmırıq, onların yardımçıları çoxdur. Prezident İlham Əliyev sərhədlərin müəyyənləşdirilməsi, o cümlədən Xankəndi ilə bağlı dünya miqyaslı işlər həyata keçirir. Hesab edirəm ki, bu məsələ də həllini tapacaq”.

Tacxeber.com-ın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev “Trend” tv-yə müsahibəsində bildirib.

General qeyd edib ki, təmkinli olmalı, erməni yalanlarına uymamalıyıq: “Atəşkəs elan edilir, digər tərəfdən hücum edirlər. Erməniyə heç vaxt inanmaq olmaz. XX əsrin əvvələrində Türkiyədə baş verənləri nəzərə alsaq, düşünməliyik ki, qarşımızda çox hiyləgər, cinayətkar dövlət var. Bir neçə gün öncə, Naxçıvanda səfərdə oldum, ordumuzun şəraiti, vəziyyəti ilə tanış oldum. Qarşımızda elə də çətinlik yoxdur. Məsələlərin həlli üçün Azərbaycan ordusu hazırdır”.

Tacxeber.com

Oxşar xəbərlər

Magistral kəmərdə qəza: Su xəttlərinin üzərində tikilən evlər su altında qaldı – FOTO

admin

Bu çayları İÇMƏYİN: Zibildən hazırlanır

redaktor

Azərbaycanda bu da oldu .Naxçıvanda şok: Prokurorluq keçmiş pensiyaçını girov götürüb!

admin