24 C
Bakı
14 Avqust 2025 01:12
Cəmiyyət

Gəncədə daha iki tibb ocağının baş həkimləri vəzifədən azad ediliblər

Gəncədə daha iki tibb ocağının baş həkimləri vəzifədən azad ediliblər

Gəncə şəhər Üzeyir Hacıbəyli adına Ailə Sağlamlıq Mərkəzinin və Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-in Kardioloji Xəstəxanasının baş həkimləri tutduğu vəzifədən azad olunublar.

Tacxeber.com-ın Qərb bürosunun məlumatına görə, Üzeyir Hacıbəyli adına Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Gülxar Kamran qızı Əsgərova yaş həddi səbəbindən tutduğu vəzifədən azad olunub.

Həmçinin, Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-in Kardioloji Xəstəxanasının baş həkimi Fəxrəddin Namaz oğlu Namazov da yaş həddinə görə vəzifəsindən azad edilib.

Xatırladaq ki, Zülfüqar Məmmədov adına Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Qafar İbrahimov da baş həkim vəzifəsindən azad edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda 700 il əvvələ aid tarixi abidə məhv edilir – Foro

admin

Mütəxəssislərdən xəbərdarlıq – Hər çobanyastığı şəfalı deyil

redaktor

Aqil Abbas Çingiz Abdullayevi müdaifə etdi: “Cahillərə fikir verməyin”

redaktor