21 C
Bakı
09 Sentyabr 2026 12:10
Siyasət

Xankəndidə və İrəvanda mitinq tamaşasının hədəfi

Xankəndidə və İrəvanda mitinq tamaşasının hədəfi

Xankəndidəki səhnələşdirilmiş mitinq-tamaşadan sonra İrəvanda da analoji tədbir keçirildi.

Tacxeber.comxəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko ötən gün İrəvanın Fransa meydanında baş tutan mitinqlə bağlı qeyd edib.

“Məqsəd Ermənistanın Azərbaycan Qarabağına olan ərazi iddialarına “xalq dəstəyini” gücləndirmək, onları “legitimləşdirmək” və bununla da İrəvanla Bakı arasındakı sülh müqaviləsinin imzalanmasını pozmaqdır”, – o bildirib.

Xatırladaq ki, 30 oktyabrda Qarabağa göndərilən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın külli miqdarda vəsait xərcləməsi ilə Ermənistandan gətirilən ermənilərlə Xankəndidə “izdihamlı mitinq” təşkil edilmişdi.

Ötən gün isə analoji aksiya İrəvanda, Fransa meydanında gerçəkləşdirildi. Bu aksiyaya ikinci prezident Rober Köçəryanın da qatılması isə sifarişin Rusiyadan gəldiyi ehtimallarını artırır.

Tacxeber.com

Oxşar xəbərlər

Aİ Ukraynaya “Patriot” üçün 3,2 milyard avro ayırıb

redaktor

Yəməndə vəziyyət

redaktor

Peskovun yalanları və ya raşizm “beyinləri yumağa” davam edir

redaktor