İdman

Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.

Yarışın sonuncu günündə mükafatçılar bəlli olacaq.

İlk olaraq üçüncü yer uğrunda görüşdə Türkiyə və dünya yığması üz-üzə gələcək. Bu qarşılaşmanın ardından Azərbaycan və İran milliləri qızıl medal üçün xalçaya çıxacaq.

Azərbaycan komandası B qrupunda dünya yığmasına qalib gəlib. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.

İran kollektivi isə A qrupunda Türkiyə və Qırğızıstandan güclü olub. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın basketbol millisi Avropa çempionu olub – FOTO/VİDEO

redaktor

Azərbaycan yığması Çerçesova tapşırılacaq? – AFFA-dan REAKSİYA

redaktor

Şahrudin və Elvin bir daha milliyə çağırılmayacaq? – Santuşdan açıqlama

redaktor