25 C
Bakı
25 Sentyabr 2025 14:56
CəmiyyətGündəm

Bütün müavinətlər artırılacaq – VİDEO

Gələn il bütün müavinətlərdə artım proqnozlaşdırılır.

Hesablama Palatası “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə qeyd edib ki, hamiləliyə və doğuma görə müavinətlər artırılır.

Növbəti ildə bu növ müavinətlərin maliyyələşdirilməsi üzrə 48 mln. manat vəsaitin xərclənəcəyi proqnozlaşdırılır. Bu da bu ilin proqnoz göstəricisindən 900 min manat və ya 1,9%, ilin sonuna gözlənilən icradan isə 4 mln. manat və ya 9,1% çoxdur.

Deputat Tahir Kərimli “Xəzər Xəbər”ə açıqlamasında deyib ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında sözügedən qanun layihəsinin müzakirəsi zamanı bu kimi məsələlər ətraflı müzakirə olunub.

O qeyd edib ki, bugünədək bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 28 manat olub. Gələn il 3 yaşına çatanadək uşaqlara qulluğa görə müavinət üçün 11 milyon manat ayrılacaq.

Tahir Kərimlinin sözlərinə görə, komitənin iclasında həmçinin kredit faizlərinin aşağı salınması, kənd yerlərində girov qoymadan kredit verilməsi məsələsinə də diqqət çəkilib.

Millət vəkli qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsinin gəlirləri və xərcləri artırılır. Büdcədə xeyli yeniliklər var.

Oxşar xəbərlər

Kənd yasda: İkisi bacı olmaqla 7 qadın dəfn edilir – FOTOLAR

admin

Azərbaycanlılar Zabuxda -Video

redaktor

Həmkarı Dilarə Əliyevanın vəziyyətindən danışdı

redaktor