21 C
Bakı
12 Avqust 2025 03:33
İqtisadiyyat

Azərbaycanda elektrik yuvaları İSTEHSAL OLUNACAQ

Ağdam Sənaye Parkının yeni rezidenti “Eel Electric” MMC “Elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı” layihəsi icra edəcək.

Tacxeber.com xəbər verir ki, bu barədə FED.az-a İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib.

Layihə çərçivəsində 10 və 35 kV-luq elektrik yuvalarının, eləcə də 0,4 kV-luq elektrik paylayıcı qurğu və idarəetmə lövhələrinin istehsalı planlaşdırılır.

İnvestisiya dəyəri 1,4 milyon manat olan müəssisədə 30 nəfər daimi işlə təmin ediləcək.

Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur.

Tacxeber.com

Oxşar xəbərlər

Hindistanın bir şəhəri milyarderlərin sayına görə dünyada üçüncü oldu.

admin

Kredit kartlarındakı çiplər – Onlar təhlükəsizliyi necə qoruyur?

admin

ABŞ Çinə tədbiq etdiyi 145% tarifləri 30%-ə, Çin isə ABŞ mallarına tədbiq etdiyi 125% tarifləri 10%-ə saldı.

admin