10 C
Bakı
27 Mart 2026 06:17
Cəmiyyət

Azərbaycanda planlaşdırılan aksiyada İran səfirliyinin də adı hallandı – VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı rəsmi məlumatda İranın Azərbaycandakı səfirliyinin də adı keçir.

Belə ki, araşdırmalar zamanı həmçinin qeyd olunan hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, qeyd olunan xüsusi xidmət orqanlarının nümayəndələri Ermənistan silahlı birləşmələrinin işğalçı əməllərinə bəraət qazandırmaları ilə əlaqədar aralarında fikir ayrılığı yaranan Azərbaycan vətəndaşlarını sonra da təsir dairəsində saxlamaq üçün onları cəlb edildikləri hərbi təlimlərə dair videokadrlarla və digər üsullarla şantaj ediblər.

Oxşar xəbərlər

Deputat: “Bilmirəm, pensiya kapitalının artırılması ilə bağlı məlumatı vətəndaşlar haradan alır, nəyə istinad edirlər?”

redaktor

“İllərdir ki, əziz 9 may tarixini üçqat bayram kimi qeyd edirdik” – Serj Sarkisyan

admin

Tələbənin geyimi vacibdir, yoxsa savadı?

redaktor