23 C
Bakı
19 Oktyabr 2026 13:19
GündəmKriminal

DİN: Yaşlı kişinin tələbə qızları oğurlaması… – Video

Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təbriz küçəsindəki korpuslarının yaxınlığında naməlum şəxsin dərman almaq adı ilə tələbə qızlara yaxınlaşaraq, onların xeyirxahlığından sui-istifadə etdiyinə dair iddialar təsdiqini tapmayıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bu haqda sorğulara cavab bildirib.

“Adam oğurluğu iddiaları təsdiqini tapmayıb. Polis orqanlarına oğurluq iddiaları ilə bağlı müraciət daxil olmayıb. Araşdırmalar davam etdirilir”, – Əliyev qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl ADPU tələbəsi olan bir qızın yaşlı bir şəxs tərəfindən dərman almasına yardım etmək adı ilə aptek istiqamətində aparıldığı və oğurlandığı haqda məlumat yayılmışdı. İddia edilirdi ki, gənc qız 2-3 gündən sonra geri qaytarılıb və tələbə qaytarıldıqdan sonra intihar edib.

Qeyd edək ki, sosial şəbəkələrdə bu əməli törədən yaşı şəxsin videosu da yayılmışdı.

Oxşar xəbərlər

Yaş qozun faydalarını bilirsinizmi?

redaktor

Səmərqənd klanı hakimiyyəti tək əldə toplayır, Daşkənd klanı isə dirənir…

redaktor

Milyarder olmaq başqa, insan qalmaq başqa

redaktor