19 C
Bakı
23 İyun 2025 21:47
Dünya

İlon Mask belə Trampı “Twitter”ə qaytara bilməyəcək

ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Twitter”in “Tesla” və “SpaceX” şirkətlərinin baş direktoru İlon Mask tərəfindən alınmasından sonra belə həmin sosial platformaya bir daha geri dönməyəcəyini söyləyib.

Bu barədə Tramp “Fox News Digital”a eksklüziv müsahibəsində danışıb.

“Mən özümün “Truth” adlı platformamda qalıram. Onu daha çox bəyənirəm, necə işlədiyini bəyənirəm. İlon yaxşı oğlandır, amma bu mənim fikrimi dəyişdirməz”, – deyə sabiq dövlət başçısı söyləyib.

Xaırladaq ki, Twitter 6 yanvar 2021-ci ildə Konqres binasına edilən hücumdan sonra Trampın hesabını ömürlük qapatmışdı.

Tramp vəzifədən getdikdən sonra “Truth” sosial şəbəkəsini işə salıb və ondan öz tərəfdarları ilə ünsiyyət üçün əsas vasitə kimi istifadə edib.

Bununla belə, “Truth”ın əhatə dairəsi yüz milyonlarla istifadəçisi olan “Twitter”in yalnız kiçik hissəsinə bərabərdir.

Qeyd edək ki, aylarla davam edn danışıqlardan sonra İlon Mask cümə axşamı “Twitter”i 44 milyard dollara aldığını açıqlayıb. (Musavat)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycana borcu olan iranlı sahibkar məhkəməyə verildi

redaktor

Zelenski: Ukrayna tam atəşkəs tələb edir

redaktor

Rusiyanın mina gəmisi məhv edildi

admin