22 C
Bakı
11 Sentyabr 2026 04:01
Gündəm

AKP yeni hədəflərini elan edəcək: YAP da dəvətlidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədri olduğu AKP yeni hədəflərini elan edəcək.

Tacxeber.az xəbər verir ki, AKP oktyabrın 28-də Ankarada ümumrespublika toplantısı keçirəcək.

Artıq iyirmi ildir siyasi hakimiyyəti fasiləsiz olaraq idarə edən Ədalət və İnkişaf Partiyası Türkiyə Cümhuriyyətinin yüzüncü ildönümünə ciddi hazırlaşır. Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək toplantıda həm ötən dövrün uğurları ilə bağlı xalqa hesabat veriləcək, həm də qarşıda duran vəzifələrdən danışılacaq. Təsadüfi deyil ki, hakim Ədalət və İnkişaf Partiyasının yeni loqosu da məhz “Cümhuriyyət-100” anlayışını özündə ehtiva edən elementlərdən hazırlanıb.

Toplantıya Türkiyədə fəaliyyət göstərən 11 siyasi partiya ilə yanaşı, Yeni Azərbaycan Partiyası da dəvət olunub. Bu, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi olmaqla bərabər, YAP-AK Parti əlaqələrinin yüksək səviyyəsindən xəbər verir.

Tacxeber.az

Oxşar xəbərlər

11 sentyabr hücumlarının əsas təşkilatçısının məhkəməsi yenə təxirə salındı

redaktor

Hakan Fidan istefaya göndəriləcək?

redaktor

Azərbaycanın gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır?

redaktor