22.6 C
Bakı
29 İyun 2026 08:09
Dünya

Yüzlərlə hüquqşünas BMT-yə İranla bağlı çağırış etdi

Yüzlərlə hüquqşünas BMT-yə İranla bağlı çağırış etdi

İran, ABŞ, İngiltərə, Kanada və İsrail də daxil olmaqla, müxtəlif ölkələrdən olan 687 vəkil, hüquqşünas və insan haqları fəalı BMT Baş katibi Antonio Quterreşə İranla bağlı çağırış edib.

Tacxeber.az xəbər verir ki, məktubda etiraz aksiyalarının zorakılıqla yatırılmasının və qanunların pozulmasının dayandırılması tələb edilib.

Sənəddə baş katibdən təcili olaraq müstəqil komitənin yaradılması və İnsan Haqları Şurasının İranla bağlı fövqəladə iclasının keçirilməsi istənilib.

Məktubda bir sıra əyalətlərdə, o cümlədən Sistan-Bəlucistan əyalətində uşaqlarda daxil olmaqla etirazçıların güllələnərək öldürüldüyü qeyd edilib.

Bildirilib ki, İranın təcili yardım maşınlarında silahlılar daşınır və onlar narazılıqların yatırılmasında istifadə olunurlar.

Məkubu imzalayanlar keçmiş siyasi məhbusların, jurnalistlərin, idmançıların, hüquq müdafiəçilərinin hökumət məmurları tərəfindən saxlanılmasının beynəlxalq və mülki qanunlara zidd olduğunu bildiriblər.

Tacxeber.az

Oxşar xəbərlər

Türkiyənin “KARAOK” füzəsi ABŞ mediasında: sərhədləri aşan güc

redaktor

“Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı

redaktor

KİV: Donetskdə bazar atəşə tutulub – 25 nəfər ölüb

redaktor