Dünya

Erməni milyarder Tərtər rayonuna gəldi

Rusiyadan Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasına köçdüyünü deyən milyarder Ruben Vardanyan “Xankəndi ətrafını” gəzməyə başlayıb.

Tacxeber.az xəbər verir ki, bu barədə Vardanyan özü sosial şəbəkə hesabında yazıb.

O, bu dəfə “xeyli uzaqlaşıb” və Ağdərə şəhərinə (hazırda Tərtər rayonunun inzibati ərazisinə daxildir) gəldiyini bildirib:

“Ağdərə Xankəndidən xeyli uzaqdır, buna görə də bura heç də tez-tez gəlmirlər. Məlum oldu ki, əhali ilə açıq və təmiz ünsiyyət lazımdır.

İnsanlar burda ağır şərtlər altında yaşayırlar. Ancaq onlar öz şəraitləri ilə bağlı deyil, gələcək taleləri haqda, təhsil və perspektivlər barədə maraqlanırdılar”.

Qeyd edək ki, Ağdərə Xankəndidən 62 km məsafədə yerləşir. Hazırda Tərtər rayonunun, Ağdərə şəhəri də daxil olmaqla, 18 yaşayış məntəqəsi rus sülhməramlıların məsuliyyət zonasındadır.

Vardanyan 1 noyabrdan separatçıların “dövlət naziri” olmağa hazırlaşır.

Tacxeber.az

Oxşar xəbərlər

Kiyev üçün təhlükəsizlik təminatları və Çinin nüvə silahı çağırışı

admin

Tramp Putinin Krım körpüsünə hücumdan necə qəzəbləndiyini təsvir etdi

redaktor

Putin: “Bundan sonra nə olacağını yalnız Allah bilir”

redaktor