24 C
Bakı
22 İyun 2025 14:51
Dünya

Tokayev prezident postu uğrunda onlarla mübarizə aparacaq – ADLAR

Tokayev prezident postu uğrunda onlarla mübarizə aparacaq – ADLAR

Qazaxıstanda bu ilin noyabrında keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatı başa çatıb.

Tacxeber.azxəbər verir ki, bu barədə yerli nəşrlər məlumat yayıb.

“Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş və noyabrın 20-nə təyin edilmiş Qazaxıstan Respublikası Prezidenti seçkilərinin hazırlanması və keçirilməsi üzrə əsas tədbirlərin təqvim planına uyğun olaraq, prezidentliyə namizədlərin qeydiyyatı 21 oktyabr saat 18:00-da başa çatıb”, – deyə MSK sədri Nurlan Abdirov yekunlaşdırıb.

Bu vaxta qədər Mərkəzi Seçki Komissiyası altı prezidentliyə namizədi qeydə alıb:

  • Hazırki dövlət başçısı Kasım-Jomart Tokayev

  • Müxalif Milli Sosial Demokrat Partiyasının nümayəndəsi Nurlan Auesbaev

  • “Amanat” həmkarlar ittifaqları respublika birliyi tərəfindən irəli sürülən Meiram Kazhiken

  • “Ovul” Xalq Demokratik Vətənpərvərlər Partiyasından namizəd Jiquli Dairaboev

  • “Peşəkar Sosial İşçilərin Milli Alyansı” Respublika ictimai birliyindən Karakat Abden

  • “Qazax Anaları – Süfrə” respublika ictimai birliyindən Saltanat Tursinbekov

Tacxeber.az

Oxşar xəbərlər

TƏCİLİ: İranın Qafandakı yeni baş konsulu etimadnaməsini Ermənistan XİN başçısına təqdim etdi

admin

İranın Ali Lideri Əli Xameneinin həbsi tələb edildi

redaktor

Putin Qafqazdakı riskə görə Paşinyandan “qorxur” – TƏFSİLAT

admin