Dünya

Ərdoğandan hicab məsələsi ilə bağlı YENİ TƏKLİF

Ərdoğandan hicab məsələsi ilə bağlı YENİ TƏKLİF

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qadınların hicab taxmaq hüququnun ölkə konstitusiyasında təsbit edilməsi məsələsini ümumxalq səsverməsinə çıxarmağı təklif edib.

Bu barədə Tacxeber.az Türkiyə KİV-nə istinadla xəbər verir.

“Gəlin bu məsələni referenduma çıxaraq. Qoy xalq qərar versin”, – Türkiyə lideri bildirib.

O, qanun layihəsini baxılmaq üçün ölkə parlamentinə təqdim etmək istəyir.

Bundan əvvəl Türkiyə lideri Türkiyənin əsas qanununa dəyişikliklərin hazırlanmasını təklif edib: yeniliklər qadınların müsəlman atributlarını geyinmək hüququnu təmin edəcək.

Tacxeber.az

Oxşar xəbərlər

Gürcüstan hakimiyyəti Saakaşvilinin partiyasını qadağan etmək niyyətindədir.

redaktor

Ərdoğan Trampla nələrdən danışdı?

admin

Şalot soğanı idxalı gömrük rüsumundan azad edildi

redaktor