Dünya

Azərbaycan-Serbiya Sazişi təsdiq edildi

Azərbaycan-Serbiya Sazişi təsdiq edildi

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” Saziş parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Tacxeber.azxəbər verir ki, layihəni Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Deputat bildirib ki, Saziş əsasən pensiya və təqaüdlərlə bağlı əməkdaşlığı nəzərdə tutur və ölkəmizin mövqeyinə uyğundur.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov həmkarlarını layihəni dəstəkləməyə çağırıb. 2022-ci il aprelin 7-də Bakı və Belqrad şəhərlərində imzalanan Saziş səsverməyə çıxarılaraq qəbul edilib.

Tacxeber.az

Oxşar xəbərlər

Kiyev üçün təhlükəsizlik təminatları və Çinin nüvə silahı çağırışı

admin

Tramp Putinin Krım körpüsünə hücumdan necə qəzəbləndiyini təsvir etdi

redaktor

Putin: “Bundan sonra nə olacağını yalnız Allah bilir”

redaktor