Dünya

İsrail Türkiyəyə mədən qəzası ilə bağlı kömək təklif etdi

İsrail Türkiyəyə mədən qəzası ilə bağlı kömək təklif etdi

İsrailin baş naziri Yair Lapid Türkiyənin Bartın vilayətində kömür mədənində baş vermiş qəza nəticəsində onlarla insanın həlak olması ilə əlaqədar Türkiyə hakimiyyətinə başsağlığı verib və ölkəyə lazımi yardımı göstərməyə hazır olduqlarını bildirib.

Tacxeber.azxəbər verir ki, bu barədə Y.Lapid şənbə günü özünün “Twitter” səhifəsində yazıb.

“Bartın vilayətində baş verən dəhşətli faciədən sonra İsrail Türkiyə ilə birlikdədir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna həlak olanların ailələrinə başsağlığı və yaralıların tezliklə sağalmasını arzuladığımızı çatdırdım. Mən həmçinin bu çətin dövrdə İsrailin yardımını təklif etdim”, – deyə baş nazir bildirib.

Xatırladaq ki, ötən gün Türkiyənin Bartın vilayətində kömür mədəninda partlayış baş verib. Hadisə nəticəsində 41 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Tacxeber.az

Oxşar xəbərlər

Rusiya məktəb, xəstəxana və tibb mərkəzini bombaladı – FOTO

redaktor

Rusiya bu azərbaycanlını vətəndaşlıqdan çıxardı: Deportasiya olunacaq – FOTO

redaktor

Qardaş qazaxların faciəsi – Stalin qırıb azaltdığı xalqın sayına görə daha bir qrup qazaxı güllələdib

redaktor