DünyaGündəm

Rusiya Vahid Ələkbərovu məhkəməyə verdi

Rusiyada yaşayan azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin keçmiş prezidenti, milyarder Vahid Ələkbərov məhkəməyə verilib.

Tacxeber.com  Rusiya KİV-ə istinadla bildirir ki, Moskva meriyası milyarderdən şikayətçi olub. Məlumata əsasən, iş adamı paytaxtın mərkəzindəki evinin damını genişləndirmək istəyib.

Belə ki, Vahid Ələkbərov paytaxt Moskvadakı çoxmərtəbəli binanlardan birinin damında tikinti layihəsi həyata keçirməyə başlayıb.

Bu addım isə Moskva meriyasının xoşuna gəlməyib. Bildirilib ki, sözügedən tikinti təhlükə yarada bilər. Tikintinin dayandırıması üçün məhkəmədə V. Ələkbərov qarşısında iddia qaldırılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Tramp–Si görüşündən sonra: Rəqabət bitmir, yeni mərhələyə keçir

redaktor

Ukrayna Krım körpüsünə hücumlarını davam etdirir

redaktor

Uzunmüddətli hərbi əməliyyatlar İsrail ordusunda yeni ixtisar qərarlarına səbəb olub

redaktor