25.3 C
Bakı
01 Avqust 2026 10:56
GündəmKriminal

“Dəlilik kağızım var” – Göyçayda şagirdi döyən müəllim

“Dəlilik kağızım var” – Göyçayda şagirdi döyən müəllim

 

Göyçayda müəllimə 11 yaşlı şagirdi döyüb.

Tacxeber.azxəbər verir ki, bu barədə uşağın anası Fəxriyyə Xasməmmədova məlumat verib.

“3 gün əvvəl qızım Aysu oxuduğu Göyçay Şəhər 5 saylı orta məktəbdə döyüldü. Həmin vaxt hadisənin üstündən keçdim. Bu gün həmin məktəbin tarix müəlliməsi Aytəkin Mikayılzadə qızımı daha kobud şəkildə təhqir edib və başını dəfələrlə partaya vurub. Bütün bunlar şagirdlərin gözü qarşısında olub. Hazırda uşağı ekspertizaya gətirmişik”, – deyə müraciətdə bildirilir

 

Fəxriyyə Xasməmmədova müəlliməyə ondan şikayət edəcəklərini dedikdə qəribə cavabla qarşılaşıb.Tarix müəlliməsi valideynə bildirib ki, hara istəsələr, şikayət etsinlər, onsuz da onun dəlilik kağızı var.

Xatırladaq ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə və Göyçay Rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət olunub.

Tacxeber.az

Oxşar xəbərlər

İran müharibəsinin dərsi: Güclü hava müdafiəsi artıq zərurətdir

redaktor

Wildberries anbarlarına ardıcıl zərbələr: Ukrayna niyə məhz oranı hədəfə alıb?!

redaktor

Bakı Qızlar Universiteti rəsmən bağlandı

redaktor