Dünya

“Putin üçün atəşfəşanlıq…” – Strelkov da Rusiya Prezidentini ələ saldı

“Putin üçün atəşfəşanlıq…” – Strelkov da Rusiya Prezidentini ələ saldı

“Hörmətli kiyevli tərəfdaşlar Rusiya Prezidentini yubiley münasibətilə təbrik etdilər”.

Tacxeber.az xəbər verir ki, bunu qondarma “dxr”-in sabiq “müdafiə naziri”, məşhur FTX zabiti İqor Strelkov(Qirkin) Krım Körpüsünün partladılmasını şərh edərkən bildirib.

Qirkin öz “tvitter” səhifəsində Putini ələ salaraq, yazıb:“Vladimir Vladimiroviçin yubileyinə ən yaxşı hədiyyəni kiyevli tərəfdaşlar ediblər. Byram atəşfəşanlığı avtomobil körpüsünün bir seksiyasını(yazırlar ki, artıq iki) çökdürüb və dəmir yolu xəttini zədələyib. Əlbəttə ki, Krım körpüsünü…”

Xatırladaq ki, Qirkin daha əvvəl də Rusiya siyasi-hərbi rəhbərliyini bacarıqsızlıqda, acizlikdə, korrupsiyada və digər cinayətlərdə ittiham edib.

Tacxeber.az

Oxşar xəbərlər

«Mirotvorets» Meloninin müdaxiləsindən sonra Salvinini siyahıdan çıxardı

redaktor

Krım tatarlarının milli muxtariyyəti yenidən gündəmdədir

redaktor

Avropa Komissiyasına kiberhücum: təcili böhran iclası çağırılıb

admin