28 C
Bakı
11 Avqust 2025 19:58
DünyaGündəm

Şahnazarovdan şok: Rusiyada elə bir xaos başlayacaq ki…

Moskva Ukraynadakı savaşda məğlub olsa, Rusiya daxilində heç bir kəs xilas ola bilməyəcək. Bu zərbə hamıya dəyəcək.

Bu fikirləri Rusiyanın “Rossiya 1” kanalında yayımlanan “Vladimir Solovyovla axşam” proqramının efirində Karen Şahnazarov bölüşüb.

“Hazırda Rusiya daxilində belə Kremlin Ukraynada məğlub olmasını istəyənlər var. Biz bunu bilirik. Lakin bir acı həqiqəti qəbul etmək lazımdır. Moskva məğlub olsa, hamımız məhv olacağıq. Elə bir xaos başlayacaq ki, heç kim xilas ola bilməyəcək. Heç soruşan da olmayacaq ki, sən hansı tərəfdə idin, sağçı idin, yoxsa solçu idin… Rusiyanın içində olan qatı qərbyönümlü LGBT nümayəndələri belə məhv olacaq. Rusiya ətçəkən maşını xatırladacaq”, – deyə o qeyd edib. (Axar.az)

Tacxeber.az

Oxşar xəbərlər

İranda Həsən Nəsrullahın banerləri YANDIRILDI – VİDEO

redaktor

KVN-çi Bəhram Bağırzadə məşqçi Qurban Qurbanovla kafedə rastlaşdı – iki profesionalın görüşü

admin

Trampdan sonuncu xəbərdarlıq: “Sizin üçün yol bitəcək!”

redaktor