19 C
Bakı
01 Oktyabr 2026 02:10
Dünya

Ermənilər Fransada Azərbaycan səfirliyinin binasına qırmızı boya atıb

Ermənilər Fransada Azərbaycan səfirliyinin binasına qırmızı boya atıb

Ermənilər Fransada Azərbaycan səfirliyinin binasına qırmızı boya atıb

Son zamanlar Azərbaycan Respublikasının Fransa Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərinə qarşı Fransada məskunlaşan radikal erməni qrupları tərəfindən törədilən hücumların sayı artıb.

Tacxeber.azxəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Fransa Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin XİN-ə çağırılması ilə bağlı məlumatında qeyd edilib. Növbəti belə bir hücumun 1 oktyabr 2022-ci il tarixində gecə saatlarında baş verdiyi, bir qrup radikal erməni tərəfindən Səfirliyin inzibati binasına qırmızı rəngli boya atıldığı və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazıldığı müqabil tərəfin diqqətinə çatdırılıb.

Qeyd olunan hadisənin Azərbaycan tərəfinin Fransanın səlahiyyətli qurumlarından Səfirliyin və onun əməkdaşlarının mühafizəsinin təmin edilməsi ilə bağlı dəfələrlə müxtəlif səviyyələrdə ifadə edilmiş tələbləri fonunda Fransa hökuməti tərəfindən lazımi tədbirlərin görülməməsi nəticəsində baş verdiyi qeyd edilib.

Tacxeber.az

Oxşar xəbərlər

Bakının Trampa tərifi və Vaşinqtondan gələn tələb

redaktor

Azərbaycan–Türkiyə münasibətlərində görünən və görünməyən həqiqətlər

redaktor

Bu gün səhər saatlarındakı təyyarə insidenti

redaktor