16 C
Bakı
23 Mart 2026 17:41
İqtisadiyyat

Rusiyadan gətirilən kartofda zərərli orqanizm aşkarlandı

Rusiyadan gətirilən kartofda zərərli orqanizm aşkarlandı

Rusiyadan gətirilən kartofda zərərli orqanizm aşkarlandı

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, dövlət qurumunun müfəttişləri fitosanitar nəzarət tədbirləri zamanı Rusiyadan Azərbaycana idxal olunan toxumluq kartof məhsullarından nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edib.

Müayinələr nəticəsində Dağıstanın Dərbənd rayonundan idxal olunan 20.5, Suleyman-Stalskiy rayonundan gətirilən 67 ton toxumluq kartof məhsulu partiyalarında karantin tətbiq edilən orqanizm (Kartof yumrularında halqavari bakterial çürümə (Clavibacter michiganensis subsp. Sepedonicus)) aşkar olunub.

Hazırda məhsulların məhv edilməsi, zərərsizləşdirilməsi və ya geri qaytarılmasına dair tədbirlər görülür.

Tacxeber.az

Oxşar xəbərlər

Britaniya daha bir azərbaycanlıya sanksiya tətbiq edib

admin

Çörək istehlakında kəskin AZALMA – Cəmiyyətimizin qida rasionu DƏYİŞİR?

redaktor

Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır – ŞOK DETALLAR

redaktor