23 C
Bakı
24 İyun 2025 12:20
Hadisə

Axundu məscidin həyətində bıçaqladılar

Axundu məscidin həyətində bıçaqladılar

Lənkəranda din xadimi bıçaqlanıb.

Tacxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib. Hadisə bu gün sübh çağı şəxsi münasibətlər zəminindəki mübahisə zamanı baş verib.

Lüvəsər kənd məscidinin axundu, 1985-ci il təvəllüdlü Taleh Əliyev məscidin həyətində olarkən kənd sakini Çingiz Əlizadə tərəfindən ona çoxsaylı bıçaq zərbələri endirilib.

Ç.Əlizadə polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Tacxeber.az

Oxşar xəbərlər

Taksidən istifadə edənlər sürətlə azalır – Səbəb nədir?

admin

Qətlə yetirilən müğənninin qayınanası: “Kaş oğlum Yaqutu öldürməzdi, bacımın yanında xəcalət çəkirəm”

redaktor

Xocalı soyqırımının şahidi Dürdanə Ağayeva vəfat etdi

redaktor