Hadisə

Axundu məscidin həyətində bıçaqladılar

Axundu məscidin həyətində bıçaqladılar

Lənkəranda din xadimi bıçaqlanıb.

Tacxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib. Hadisə bu gün sübh çağı şəxsi münasibətlər zəminindəki mübahisə zamanı baş verib.

Lüvəsər kənd məscidinin axundu, 1985-ci il təvəllüdlü Taleh Əliyev məscidin həyətində olarkən kənd sakini Çingiz Əlizadə tərəfindən ona çoxsaylı bıçaq zərbələri endirilib.

Ç.Əlizadə polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Tacxeber.az

Oxşar xəbərlər

Bu gün faciəvi şəkildə ölən məktəblilərin görüntüsü – FOTO

redaktor

Kəlbəcərdə mina partlayıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb – YENİLƏNİB

redaktor

Azərbaycanlı idmançı dostu ilə birlikdə Kiyevdə itkin düşdü

redaktor