27 C
Bakı
16 Avqust 2026 10:32
Sağlamlıq

Apteklərdə yod tapılmır?

Apteklərdə yod tapılmır?

Son günlər dəyişkən havalarla əlaqədar olaraq soyuqdəymə halları artıb. Bunun qarşısını almaq üçün istifadə olunan dərman preparatları ilə yanaşı yoda olan təlabat da artıb. Lakin Bakıda yaşayan bəzi sakinlər apteklərdə yod tapmadıqlarından şikayətlənirlər.

Tacxeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vətəndaşların sözlərinə görə, artıq bir aya yaxın müddətdir ki, apteklərdə yod yoxdur. Nə vaxt gətiriləcəyi ilə bağlı da heç bir məlumat verilmir.

Bəs, bu dərman vasitəsi niyə gətirilmir?

Bu sualla cavab almaq üçün Bakıda yerləşən bir neçə iri aptek şəbəkəsinə müraciət etdik. Cəmi bir neçə apteklər şəbəkəsində yod satıldığı məlum oldu.

Qeyd edək ki, apteklər özəl müəssisələrdir və onların dərman təminatı özəl müəssisələr tərəfindən həyata keçirilir.

Tacxeber.az

Oxşar xəbərlər

Qarpızın həddindən artıq qəbulu bəzi insanlar üçün sağlamlıq riski yarada bilər

redaktor

Mədə yanmasını bir qurtumla YOX EDİR

redaktor

Tərkibində yüksək miqdarda yod olan QİDALAR

redaktor