30 C
Bakı
10 Avqust 2025 13:37
Dünya

Heroin satan şəxslər tutuldu – VİDEO

Heroin satan şəxslər tutuldu – VİDEO

Heroin satan şəxslər tutuldu - VİDEO

Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Şüvəlan qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, əməliyyatlar nəticəsində qəsəbə ərazisində yaşayan İntiqam Şeydayev, Araz Rzayev qardaşı Ceyhun Rzayev və Rəşad Bağırov tutularaq istintaqa təqdim ediliblər. Həmin şəxslərin üzərinə və yaşadığı evlərə baxış zamanı 4 kiloqrama yaxın heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdən birində yaşayan narkotacirlərdən onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Qlobal istiləşməyə zənginlər səbəb olurmuş…

redaktor

Şimali Koreya liderinin köhnə zirehli qatarı: İçində nələr var? – Foto

redaktor

Ukrayna Donbassdakı şəhəri geri qaytardı

redaktor