Tacxeber.azxəbər verir ki, bu barədə jurnalist Rahil Sayadoğlu paylaşım edib. O, 17 yaşlı qızın onların qaynar xətlərinə mesaj vasitəsi ilə müraciət etdiyini vurğulayıb:

“Qaynar xəttimizə Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi ilə bağlı mesaj gəlib. Qız 11-ci sinifdə oxumalıdır. Amma ailəsi onu məktəbdən çıxarıb və 25 yaşlı dayısı oğlu ilə nişanlayıb. 2 həftə sonra da toyları olacaq. Toya az qalıb, amma qız taleyi ilə barışmır. “Mən evlənmək yox, oxumaq istəyirəm” deyir”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, araşdırmalara başlanılıb.

Tacxeber.az