30 C
Bakı
12 Avqust 2025 12:21
Dünya

Gürcüstan bu gündən rusiyalı kişilər üçün sərhədi bağlamağı planlaşdırır

Gürcüstan hökuməti ölkəyə daxil olmaq istəyən rusiyalıların böyük axını ilə əlaqədar Rusiyadan olan kişilər üçün bu gündən sərhədləri bağlaya bilər.

Bu barədə Ukraynanın “FreeDom” telekanalının efirində Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” Partiyasından deputat Nona Mamulaşvili bildirib.

“Gürcüstan hökuməti rusiyalıların Gürcüstana bu kütləvi axınını dayandırmaq üçün indiyədək heç nə etməyib. Bizə izah etdiklərinə görə, bazar ertəsi (26 sentyabr – red.) sərhədləri bağlayacaqlar. Bu, onların indiki mərhələdə edə bildikləri yeganə şeydir”, – deyə parlamentari izah edib.

Onun sözlərinə görə, ölkəyə giriş qadağası ilk növbədə 18 yaşdan 55 yaşa qədər kişiləri əhatə edə bilər.

Mamulaşvili onu da vurğulayıb ki, Gürcüstan hökumətindən hələlik heç bir rəsmi açıqlama daxil olmayıb.  (RBK)

Tacxeber.az

Oxşar xəbərlər

Gələn ay miqrant uşaqları üçün qadağa qüvvəyə minir – Azərbaycanlılar nə edəcək?

redaktor

Naxçıvan Universiteti niyə bağlanır? O da Vasif Talıbovun badına gedir?

redaktor

Elon Mask Pentaqonu “ələ keçirir” – Senatorlar həyəcan təbili çalır…

redaktor