Gündəm

Gəncə xəstəxanasında xəstə kişi 20 gündür ac qalıb – Heç kim baxmır

Gəncə xəstəxanasında xəstə kişi 20 gündür ac qalıb – Heç kim baxmır

Gəncə xəstəxanasında xəstə kişi 20 gündür ac qalıb - Heç kim baxmır

Gəncədə xəstəxanada yatan vətəndaşa qarşı laqeyd münasibətin göstərildiyi iddia edilib.

Tacxeber.az  Medicina.az-a istinadən xəbər verir ki, xəstəxada olan digər vətəndaşlar yaşlı kişinin ağrı və aclıqdan zarıdığını paylaşıb.

“Yaşlı kişinin ayağı sınıb. Bir həftəyə yaxın müddətdir xəstəxananın ikinci mərtəbəsindəki palatada yatır. Ağrıdan qıvrılır, qışqırır, heç kim yaxın durmur. Pulu yoxdur deyə həkimlər kişiyə baxmır”.

Görüntülərdə kişi 20 gündür ac qaldığını deyib:

“Öldürməyin insanı, Allahdan qorxunuz olsun. Nə deyirəm vurun, ağrıkəsici vurun. İyirmi gün çörək yeməmək nə deməkdir? Başım gicəllənir”.

Məsələni TƏBİB nəzarətə götürüb, məlumat veriləcək.

Aygün Musayeva

Oxşar xəbərlər

Trampın Prezidentliyinin İlk 100 Günü: Nəticələr, Perspektivlər və Artan İmpiçment Təhlükəsi

admin

Aİ-92 markalı benzinin qiyməti 5 qəpik, dizel 10 qəpik bahalaşdı.

admin

KİV: “Rusiyada müharibə fonunda kişi məhbusların sayı iki ayda rekord həddə azalıb”

redaktor