25 C
Bakı
30 Sentyabr 2026 15:14
DünyaGündəm

“Rusiya və Ukrayna 200 hərbi əsir dəyişdirilməsi ilə bağlı razılığa gəlib” – Ərdoğan

“Rusiya və Ukrayna 200 hərbi əsir dəyişdirilməsi ilə bağlı razılığa gəlib” – Ərdoğan

“Rusiya və Ukrayna 200 hərbi əsir dəyişdirilməsi ilə bağlı razılığa gəlib” - Ərdoğan

Rusiya və Ukrayna arasında 200 hərbi əsirin mübadiləsinə dair razılıq əldə olunub.

Tacxeber.azxəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “PBS” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə Rusiya və Ukrayna Prezidentlərini bir araya gətirməkdə israrlıdır:

“Bu liderləri bir araya gətirmək üçün israrlı arzumuz var. Hələ ki, bacarmamışıq, amma ümidimi itirmirəm”.

Ərdoğanın sözlərinə görə, Türkiyə həm Rusiya, həm də Ukrayna tərəfi ilə danışıqlar aparır, nəticə əldə etməyə çalışır:

“Biz həm Putinlə, həm də Zelenski ilə danışıqlar aparırıq. Biz onlardan birinin tərəfini tutmaqla deyil, hər iki liderlə əlaqə saxlamaqla nəticə əldə etməyə çalışmalıyıq”.

Tacxeber.az

Oxşar xəbərlər

Trampın ticarət siyasəti ölkələri ABŞ-a investisiyaya məcbur edir

redaktor

Netanyahu, Flydubai reysi ilə bağlı hadisədən sonra açıqlama verib

redaktor

Rusiyalı pilot və ukraynalı ikinci pilot Flydubai reysində dava etdilər: nə məlumdur?

redaktor