CəmiyyətKriminal

Uşaq oğurluğunda təqsirləndirilən qadından ŞOK ETİRAF: “Atası satıb”

Bakı Ağır Cinayətlər Məhkəməsində uşaq oğurluğunda təqsirkar bilinən Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Prosesdə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, o uşağı oğurlamayıb, valideynləri azyaşlını ona pul müqabilində satıb.

“Mənə qarşı irəli sürülən bu ittiham yalandır. Uşağı öz atasının razılığı ilə götürüb aparmışam.

Uşağı atası satıb. Məhəmmədə görə atasına 3 min manat pul vermişəm. O uşaqlara yazığım gəlirdi. Soyuq havada ayaqyalın, başıaçıq gəzirdilər. Maraqlanan, baxan yox idi. Nə vəziyyətdə idilər. Mənim niyyətim o uşağın qayğısına qalmaq, normal şəraitdə böyütmək olub”.

O, əlavə edib ki, uşağı gizli aparmayıb, həmin vaxt ailənin başqa üzvləri də evdə olub.

Qeyd edək ki, 2021-ci ilin dekabrında Sabunçu qəsəbəsində 2-yaşlı Məhəmməd Şıxəliyev oğurlanıb. Hüquq mühafizə orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində uşağın yeri yanvarın 8-də müəyyənləşdirilib.

Gültəkin Muradova şübhəli şəxs qismində saxlanılıb. O Cinayət Məcəlləsinin 144.3 (adam oğurluğu – yektinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham olunur.

Tacxeber.az

Oxşar xəbərlər

İlham Əliyevdən ömürlük məhkumlarla bağlı qanun

redaktor

Vaxtilə məhkum olunmuş sabiq prokuror keçmiş hakimin 200 min dollarını alıb

admin

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır – Həkimdən ciddi xəbərdarlıq

redaktor