21.6 C
Bakı
28 İyun 2026 10:33
Siyasət

MM sədrinin müavini Nensi Pelosi haqqında: “82 yaşlı bir qarı…”

 

MM sədrinin müavini Nensi Pelosi haqqında: “82 yaşlı bir qarı...”

MM sədrinin müavini Nensi Pelosi haqqında: “82 yaşlı bir qarı…”


“İnsan 80 yaşından sonra nə desən ağlayır. Onlar ağlamağı bacarmır, şou göstərir. 82 yaşlı bir qarı göydə Allahını, yerdə insafını unudaraq ağlayıb”.

“Report”un xəbərinə görə, bunu parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında, Milli Məclisin vitse-spikeri, komitə sədri Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, ABŞ Konqresinin Aşağı Palatasının (Nümayəndələr Palatası) sədri Nensi Pelosi ağlamağının Ermənistana xeyri yoxdur, əksinə ziyanı var:

“Ancaq biz də buna dövlət olaraq laqeyd qala bilməzdik. Bu məsələyə Sahibə Qafarovanın da mövqeyi var”.

Komitə sədri deyib ki, Pelosi demokratiyanın qara üzünü, Amerika demokratiyasının boz sifətini Azərbaycana göstərib:

“Torpaq qurbansız əldə olunmur. Bizimkifayət qədər uğurlarımız var. Bizim də hər birimizin borcu uğurlarımızı dəstəkləməkdir”.

Tacxeber.az

Oxşar xəbərlər

İran Hörmüzü bağlasa özünü məhv edəcək, mənasızdır – Vitse-prezident

redaktor

Paşinyan “balaca boyu” ilə Putin bostanına daş atmaqdan da çəkinmədi

admin

Təhlükəsizlik mütəxəssisi “Haber Global”a danışdı: “Öldürməyə motivasiya edilmiş qatildən bəhs edirik” – VİDEO

redaktor