10 C
Bakı
27 Mart 2026 14:31
DünyaSiyasət

Ermənistanın sərhəddəki təxribat zamanı verdiyi hərbi itkilər – Açıqlandı

Media Təhlil Mərkəzi sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşma zamanı Ermənistan tərəfinin məhv edilən hərbi texnikasının və canlı qüvvəsinin sayını açıqlayıb.

Ermənistanın sərhəddəki təxribat zamanı verdiyi hərbi itkilər

Ermənistan tərəfinin 4 radarı, 2 ədəd S-300 5N63 IYR radarı, 3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, 2 ədəd S 125 RTS-125 radarı, 1 radioelektron mübarizə vasitəsi jitel, 14 top və haubitsası, 9 minaatan, 32 avtomobil texnikası və həmçinin müyyən istiqamətlərdə hava hücumundan müdafiə sistemi (HHM) məhv edilib. 3 KAMAZ, 1 URAL, 1 UAZ, 3 mühəndis texnikası, 3 minatan,1 zenit raket kompleksi, 35 müxtəlif çaplı atıcı silah, 20 əl qumbarası, 2 optik cihaz, 2 rabitə vasitəsi, 14500-dən çox döyüş sursatı qənimət kimi götürülüb.

Məlumatda qeyd olunub ki, qarşı tərəfin 1 briqadasının disloksiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının atəş mövqeləri dağıdılıb.

Bildirilib ki, toqquşmalar zamanı 74 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, 11 strateji yüksəklik nəzarətə götürülüb.

Ermənistan tərəfinin 450 nəfərədək canlı qüvvə itirdiyi qeyd olunub.

Tacxeber.az

Oxşar xəbərlər

Niyə amerikalılar Conn Kennedinin ölümünün rəsmi versiyaya inanmırlar və KQB və MKİ-nin izini axtarırlar?

admin

Rusiyada “qatar yanğını” partlayış imiş

admin

Məşhur avtomobil istehsalçısından Rusiya vətəndaşlarına QADAĞA

redaktor