CəmiyyətGündəm

Səfər Mehdiyevin tələbə yoldaşı da gömrükdən uzaqlaşdırıldı

Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi vəzifəsindən çıxarılıb.

 

 

Qaynarinfo xəbər verir ki, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun dünən verdiyi müvafiq əmrlə idarənin rəisi, gömrük xidməti polkovniki Fərhad Fərrux oğlu Babayev öz xahişi ilə vəzifəsindən azad olunub.

Dövlət Gömrük Xidmətinin mətbuat xidməti xəbəri təsdiqləyib.

Qeyd edək ki, Fərhad Babayev DGK-nın sabiq sədri Səfər Mehdiyevin tələbə yoldaşı olub. 2018-ci ildə komitənin İnsan Resursları İdarəsinin rəisi vəzifəsinə təyin olunan Fərhad Babayev uzun illər ləğv edilən Vergilər Nazirliyində yüksək vəzifələrdə çalışıb.

Tacxeber.az

Oxşar xəbərlər

Kekalov: “Müstəntiqlər əl çəksinlər deyə Mirşahinin verilişindən eşitdiyim təşkilatların adlarını çəkib qrant aldığımızı uydurdum.

admin

Tofiq Yaqublunun məhkəməsində çəkilişə qadağa: ‘İfşa olunacağınızdan qorxursunuz?’

admin

Gəncə məktəbi barədə biabırçı iddia: “Uşağımın çantasına…”

redaktor